ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB HU SZİNTAOYA
Hörmətli cənab Sədr,
Ölkənizin milli bayramı - Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirməkdən məmnunluq duyuram.
Qədim ənənələrə malik Azərbaycan-Çin münasibətləri bu gün müvəffəqiyyətlə inkişaf etməkdədir. Əlaqələrimizin hərtərəfli genişlənməsi, qarşılıqlı maraq doğuran bir çox sahələrdə əməkdaşlığımızın dərinləşməsi prosesləri davamlı və sabit xarakter daşıyır. Əminəm ki, əməkdaşlıq zəminində qazandığımız nailiyyətləri bundan sonra da qoruyub saxlayacaq və daha da inkişaf etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 sentyabr 2007-ci il.