Çində 4 amerikalı müəllimə bıçaqla hücum edilib
Bakı, 11 iyun, AZƏRTAC
ABŞ-ın Kornel Kollecinin (Ayova ştatı) 4 müəllimi Çinin Jilin əyalətindəki parkda hücuma məruz qalaraq yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, müəllimlər Kornel Kolleci ilə Beyhua Universiteti arasında əməkdaşlıq proqramı çərçivəsində Çinə gəliblər. Yerli parkda gəzinti zamanı onlara bir nəfər bıçaqla hücum edib. Xəsarətlərin ağırlığı və hücum edənin kimliyi barədə məlumat verilmir.
Agentlik qeyd edir ki, Dövlət Departamenti insidentdən xəbərdardır və vəziyyəti izləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]