Çində əhaliyə 65 milyon doza COVID-19 peyvəndi vurulub
Pekin, 17 mart, AZƏRTAC
Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində əhaliyə 65 milyon doza peyvənd vurulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Vaksinasiya 2 istiqamət üzrə aparılır. İlkin olaraq ötən il dekabrın sonunda xüsusi risk qrupundan olanların vaksinasiyasına başlanılıb. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib.
Vaksinasiyada "Sinopharm", "Sinovac" və "CanSino" şirkətlərinin istehsalı olan 3 inaktiv və bir rekombinant adenovirus peyvənddən istifadə edilir. Həmin peyvəndlərin ölkədə kütləvi marketinqinə də icazə verilib. Hazırda Çində COVID-19 virusu əleyhinə 17 peyvəndinin kliniki sınaqları aparılır.
Çin Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Çin istehsalı olan COVID-19 peyvəndləri 27 ölkəyə ixrac edilib, 50-dən çox dövlətə isə yardım formasında göndərilib.
Qeyd edək ki, Çin hökuməti iyunadək ölkə əhalisinin 40 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]
Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]