Çində helikopter qəzasında 3 nəfər ölüb
Pekin, 20 mart, AZƏRTAC
Çinin Fucien vilayətinin Siamen şəhərində baş verən helikopter qəzası 3 nəfərin ölümünə səbəb olub.
AZƏRTAC Çin Mülki Aviasiya Administrasiyasının məlumatına istinadla xəbər verir ki, yerli vaxtla saat 16:30-da turizm xidmətləri göstərən aviasiya şirkətinə məxsus helikopter növbəti səyahət uçuşu yerinə yetirərkən dənizə düşüb. Hadisə yerinə gələn xilasedicilər 3 nəfərin meyitini tapıblar. Bir nəfərin axtarışları davam edir.
Hələlik qəzanın səbəbləri bilinmir. Hüquq-mühafizə orqanları müvafiq təhqiqata başlayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]