Çində internet istifadəçilərinin sayı 1 milyarda çatır
Pekin, 3 fevral, AZƏRTAC
Çində internet istifadəçilərinin sayı ötən ilin mart ayından bəri 85,4 milyon nəfər artaraq 989 milyona çatıb.
AZƏRTAC Çin İnternet Şəbəkəsi Məlumat Mərkəzinə istinadla xəbər verir ki, ölkədə internetin əlçatanlılığının səviyyəsi də mart ayından sonra 5,9 faiz çoxalaraq 70,4 faizə yüksəlib.
Bildirilir ki, mobil telefonlar vasitəsilə internetə çıxış əldə edənlərin sayı ümumi internet istifadəçilərinin 99,7 faizini təşkil edir. Ümumi internet istifadəçilərinin 300 milyonu kəndlərdə yaşayanlardır.
Qeyd edək ki, Çin internet istifadəçilərinin sayına görə dünyada birincidir. Növbəti yerlərdə Hindistan və ABŞ qərarlaşıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:44]
İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib
- 05.10.2026 [12:29]
Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir
- 05.10.2026 [12:17]
Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb
- 05.10.2026 [12:06]
Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb
- 05.10.2026 [11:29]