Çində kömür şaxtasında baş verən qəzada 12 nəfər ölüb
Pekin, 21 dekabr, AZƏRTAC
Çinin şimal-şərqindəki Heyloncian vilayətində kömür şaxtasında baş verən qəza nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
AZƏRTAC vilayət rəsmilərinin açıqlamasına istinadla xəbər verir ki, qəza Cisi şəhərinin Henşan rayonu ərazisində yerləşən şaxtada yerli vaxtla saat 15:50-də baş verib. Mədəndə yük daşıyan nəqliyyat vasitəsi maili hissədə qəzaya uğrayıb.
Yaralılar xəstəxanalara yerləşdirilib. Hadisənin başvermə səbəbləri araşdırılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]