ÇİNDƏ “SAOMAY” QASIRĞASI QURBANLARININ SAYI MİN NƏFƏRƏ ÇATA BİLƏR
Rəsmi məlumata görə, təbii fəlakət 134 insanın həyatına son qoymuş, daha 163 nəfər itkin düşmüşdür. Lakin zərər çəkmiş rayonların sakinləri bildirmişlər ki, bu rəqəmlər aşkar surətdə azaldılmışdır. Onların dediklərinə görə, Fudin şəhəri rayonunda qasırğa yüzlərlə balıqçı qayığını heyətləri ilə birlikdə batırmışdır. Sahildə kimliyi müəyyən edilməmiş onlarca cəsəd var. Çoxları öz qohumlarının taleyindən indiyədək xəbərsizdir. 300 ailənin yaşadığı kəndlərdən birini qasırğa yerlə yeksan etmişdir.
“Saomay” (Veneranın vyetnamca adıdır) küləyinin gücü saatda 200 kilometrdən çox olan qasırğadır və son yarım əsrdə ölkədə ən güclü tufandır.
Bu ara Honkonq rəsədxanası xəbərdarlıq etmişdir ki, Sakit okeanda birdən-birə iki tropik fırtına formalaşmışdır. Birincisi Yaponiyanın Küsü adasından 860 kilometr cənubda, ikincisi isə Filippinin şərqində, Yaponiyanın Okinava prefekturasından təxminən 920 kilometr cənub-şərqdədir. Getdikcə güclənən hər iki fırtına şimala doğru istiqamət almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]