Çində şiddətli yağışlar 3 nəfərin ölümünə, 12 nəfərin itkin düşməsinə səbəb olub
Pekin, 27 iyun, AZƏRTAC
Çinin cənub-qərbindəki Siçuan vilayətində yağan şiddətli yağışların törətdiyi fəsadlar 3 nəfərin ölümünə, 12 nəfərin itkin düşməsinə səbəb olub.
AZƏRTAC vilayət hökumətinin yaydığı məlumata istinadla xəbər verir ki, Miennin qəzasında iyunun 26-da səhər saatlarından başlayan intensiv yağıntının miqdarı 211 millimetrə çatıb. Təbii fəlakət nəticəsində Damau kəndində bir nəfər ölüb, 9 nəfər isə itkin düşüb. Leysanın əmələ gətirdiyi daşqın minik avtomobilini və mikroavtobusu çaya aşırıb ki, həmin nəqliyyat vasitələrində olan 2 nəfər ölüb, 3 nəfər isə itkin düşüb.
Hazırda itkin düşənlərin axtarışları davam edir. Təbii fəlakət bölgəsində 7 mindən çox sakin təxliyə edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]