Çingiz Hüseynzadə: MOK beynəlxalq Olimpiya hərəkatının inkişafına mühüm töhfə verib
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 25 illik yubileyi ölkəmizdə geniş qeyd olunur. Ötən 25 ildə MOK beynəlxalq Olimpiya hərəkatının inkişafına böyük töhfə verib. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
AZƏRTAC xəbər verir ki, bunu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə sentyabrın 29-da jurnalistlərə müsahibəsində deyib.
Azərbaycanın idman sahəsində böyük uğurlara imza atdığını vurğulayan Ç.Hüseynzadə deyib: “Təkcə bu gün keçirilən tədbirlər onu göstərir ki, beynəlxalq idman ictimaiyyəti tərəfindən Azərbaycana böyük hörmət və inam var. Məhz MOK-un yubileyinin qeyd olunduğu gündə Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin iclası Bakıda keçirilir. Eyni zamanda, MDB və Baltikyanı ölkələrin, Gürcüstanın Milli Olimpiya komitələrinin ikigünlük forumu da paytaxtımızda işə başlayıb. Bütün bu tədbirlər sübut edir ki, istər Beynəlxalq Olimpiya Komitəsi, istər Avropa Olimpiya Komitələri, istərsə də MDB ölkələrinin Olimpiya komitələri Azərbaycan ilə əməkdaşlığa böyük önəm verirlər. Onlar MOK-un yubileyində iştirak etmək üçün buraya gəliblər və öz tədbirlərini də Bakıda keçirirlər. Bu, Azərbaycanda Olimpiya hərəkatının yüksək səviyyədə olduğunu bir daha sübut edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]