ÇİNİN AZƏRBAYCANDAKI SƏFİRİ İLƏ YENİ AZƏRBAYCAN PARTİYASINDA GÖRÜŞ OLMUŞDUR
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, Ə.Əhmədov tanışlıq xarakteri daşıyan görüşdə Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı rolu, demokratiyanın daha da inkişaf etdirilməsi istiqamətində gördüyü işlər barədə qonağa məlumat vermişdir. Sonra ölkələrimiz arasında sıx əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılmışdır.
Səfir rəsmi Pekinin Azərbaycanın haqq səsini, ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və suveren hüquqlarının müdafiəsi istiqamətində səylərini bundan sonra da əsirgəməyəcəyini nəzərə çatdırmışdır.
Ə.Əhmədov Çin tərəfindən Azərbaycana həmişə dost münasibəti bəsləndiyini söyləmiş, iqtisadiyyatın hərtərəfli və sürətlə inkişafı üçün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Səfirin müşaviri Sun Veydun və YAP içraçı katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı görüşdə iştirak etmişlər.