Çinin Tibet muxtar rayonunda güclü zəlzələ olub
Bakı, 19 mart, AZƏRTAC
Çinin qərbində yerləşən Tibet muxtar rayonunda 6,1 bal gücündə zəlzələ olub.
AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, yeraltı təkanlar bu gün yerli vaxtla saat 14:11-də (Bakı vaxtı ilə 10:11) Biru uyezdinin Naqçu dairəsində qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Telekanalın məlumatına görə, zəlzələ zamanı episentrdən 20 kilometr radiusda 2,1 min nəfər, 50 kilometr radiusda 8,8 minə yaxın, 100 kilometr radiusda təqribən 110 min nəfər olub.
Dağıntılar və zərər çəkənlər barədə hələlik informasiya verilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]