ÇİNİN URUMÇİ HAVA LİMANINDA TƏYYARƏ QƏZASI BAŞ VERMİŞDİR
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 18-də Ukraynanın “Styron Tradinq İNC” aviasiya şirkətinə məxsus İL-76 yük təyyarəsi Urumçi-Bakı istiqamətində uçuşu yerinə yetirərkən yerli vaxtla saat 10.45-də qəzaya uğramışdır. İlkin məlumata görə, təyyarənin komandiri V.M.Volin və 6 nəfər heyət üzvü (Ukrayna vətəndaşları) həlak olmuşlar.
Çin Xalq Respublikasının aviasiya orqanları qəzanın səbəblərinin araşdırılması üçün komissiya yaratmışdır.