ÇUKOTKA QUBERNATORU DÖVLƏT PULUNU MƏNİMSƏMƏKDƏ TƏQSİRLƏNDİRİLİR
O demişdir ki, bir çox regionlar, eləcə də Çukotka, Kalmıkiya və Mordva iri neft şirkətlərini sərmayələrin müqabilində vergi ödəməkdən azad etmişlər.
2004-cü ilin mayında Stepaşin Çukotka Muxtar Mahalında audit zamanı üzə çıxarılmış büdcə qanunvericiliyi pozuntuları haqqında materialları RF Baş Prokurorluğuna göndərmişdir. O vaxt söhbət 1993-1994-cü illərdə verilmiş “qızıl kredit” deyilən kreditdən istifadənin və onun nəzərdə tutulan müddətdə qaytarılmasının yoxlanılmasından gedirdi.
Stepaşinin sözlərinə görə, 2003-cü ildə Çukotkada maliyyə pozuntularının həcmi mahalın gəlirlərinin təxminən üçdə biri qədər olmuşdur. Hesablama Palatasının məlumatına görə, 2004-cü il yanvarın 1-dək regionun dövlət borcunun ümumi həcmi 9,3 milyard rubl olmuşdur ki, bu da Çukotkanın öz gəlirlərindən 2,5 dəfədən artıq idi.
Abramoviç Çukotkanın qubernatoru vəzifəsinə 2000-ci ildə seçilmişdir. O, 2005-ci ilin dekabrında səlahiyyət müddəti bitdikdən sonra regionun qubernatoru vəzifəsindən getmək istəmiş, lakin son anda fikrindən daşınaraq, ikinci müddətə seçilməyə razılıq vermişdir. Bəzi məlumatlara görə, Abramoviç Çukotkanın inkişafına öz şəxsi vəsaitindən təxminən 1,5 milyard dollar sərf etmişdir.