ÇXR-İN SƏHİYYƏ NAZİRLİYİ “QUŞ QRİPİ” VİRUSUNUN MUTASİYASI HAQQINDA MƏLUMAT VERMİŞDİR
ÇXR Səhiyyə Nazirliyi mətbuat xidmətinin nümayəndəsi demişdir ki, Çində xəstələnmiş adamlarda aşkar edilən H5N1 virusu ştammı Vyetnamda bu xəstəliyə tutulmuş adamlarda tapılmış virus ştammından fərqlənir. Bu mutasiya infeksiyanın adamdan adama keçməsinə imkan yaratmağa kifayət etmir.
Tibb işçiləri “quş qripi” pandemiyasından ehtiyat edirlər ki, əgər virus o dərəcədə şəklini dəyişərsə, adamdan adama keçməyə başlayacaqdır. Adamlarda “quş qripi”nin diaqnostikası və profilaktikasının səmərəli metodları tapılmamışdır.
Çində adamların “quş qripi” ilə xəstələnməsi ilə bağlı üç hadisə qeydə alınmışdır. Xəstələrdən ikisi vəfat etmiş, biri isə sağalmışdır.
Əvvəllər alimlər və tibb mütəxəssisləri nəinki H5N1 virusu mutasiyasını və onun adamdan adama keçə biləcəyini, həm də qrip törədicisi ilə qarşılıqlı təsir vasitəsilə prinsipcə yeni virusun əmələ gəlməsi təhlükəsinin mümkünlüyünü ehtimal edirdilər. Belə olan halda ölənlərin sayı milyonlarla hesablana bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]