Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 16-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 186, o cümlədən borclu şəxs qismində axtarışda olan 162 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 35 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [11:51]
Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir
- 05.10.2026 [11:40]