DÜNYA
CİNAYƏTKAR DƏSTƏ FRANSANI TERROR AKTLARI İLƏ HƏDƏLƏYİR
AZƏRTAC-ın xüsusi müxbiri Parisdən vəbər verir ki, özlərini “AZF” qrupunun üzvü adlandıran bir dəstə cinayətkar Fransa dövlətindən 4 milyon dollar və 1 milyon avro tələb etmiş, əks təqdirdə, ölkəni terror aktları ilə hədələmişlər. Prezidentə və Daxili İşlər Nazirliyinə ünvanlanmış məktublarda əsas sənaye obyektlərində və dəmir yolu şəbəkəsində güclü dağıdıcı qüvvəyə malik 10 bomba quraşdırılması barədə xəbərdarlıq olunmuşdur. Fevralın 21-də Limojda, Paris-Tuluza istiqamətindəki dəmir yolu xəttində bomba aşkarlananadək bunu şantaj hesab edirdilər. Bombanı zərərsizləşdirdikdən sonra məsələnin ciddiliyi aydınlaşmışdır.
Hazırda ölkənin terrorizmə qarşı mübarizə qüvvələri, polis və jandarmlar hesabına dövlət əhəmiyyətli obyektlərin mühafizəsi və əhalinin təhlükəsizliyi gücləndirilmişdir.
Xatırladaq ki, 2001-ci il sentyabrın 21-də Tuluzadakı nəhəng kimya zavodunun partladılması nəticəsində 30 nəfər həlak olmuş, mindən çox adam yaralanmışdı.