CİNAYƏTKAR QRUPUN ÜZVÜ DAXİLİ İŞLƏR NAZİRİNİN QOHUMU İMİŞ
Cinayətkar qrupun üzvləri həmin rayonda “Niva” markalı avtomobili qaçırmağa cəhd edərkən yaxalanmışlar. “Dolariça”nın üstündən xeyli miqdarda narkotik maddə də tapılmışdır.
Nazir Vano Merabişvili hadisə ilə əlaqədar keçirilən brifinqdə demişdir: “Məncə, bu, bizim hakimiyyətdə qohumbazlığa, dostbazlığa yer olmadığına əyani sübutdur. Yəqin ictimaiyyət əmin oldu ki, biz əvvəlki qaydada yaşamaqdan imtina edirik. O zaman nazirlərin, parlament üzvlərinin və digər məmurların qohumları özlərini toxunulmaz sayırdılar”. O vurğulamışdır ki, bu gün Gürcüstanda bütün məmurlar, həmçinin DİN-in yüksək rütbəli əməkdaşları, onların qohumları da daxil olmaqla, hamı qanun qarşısında eyni məsuliyyət daşıyır. Nazirin fikrincə, bu, Gürcüstanda cəzasızlığa qarşı amansız mübarizənin təzahürüdür.