CİNAYƏTLƏRİN ÜSTÜ İSTİ İZLƏRLƏ AÇILIR
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 14 cinayətkar tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Daxili işlər orqanları əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursat və narkotiklərlə əlaqədar 2 fakt müəyyən olunmuş, müxtəlif növ cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur. Gün ərzində baş vermiş beş yol-yəqliyyat hadisəsi nəticəsində 12 nəfər ölmüş, 15 adam xəsarət almış, iki yanğın zamanı insan tələfatı olmamışdır.