“CİSCO SYSTEMS” BAKUTEL-2006 BEYNƏLXALQ SƏRGİSİNDƏ İŞTİRAK EDƏCƏKDİR
Dünyanın 20 ölkəsindən 120-ə yaxın şirkətin qatılacağı sərgi və konfransda iştirak üçün şirkətin 20 nəfərlik nümayəndə heyəti ölkəmizə gələcəkdir. “Cisco Systems”in inkişaf etməkdə olan ölkələr üzrə prezidenti Pol Motnford rəhbərlik edəcəyi nümayəndə heyəti tədbirlər çərçivəsində Azərbaycandakı əsas sifarişçiləri və tərəfdaşalrı ilə görüşəcəkdir.
Şirkətin prezidenti və baş icraçı direktoru Con Çembersin cari ilin iyununda ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev başda olmaqla Azərbaycan hökumətinin nümayəndələri ilə keçirdiyi görüşlər “Cisco Systems”in Azərbaycan ilə əməkdaşlığına böyük təkan vermişdir.
Bu əməkdaşlığın yeni mərhələdə inkişaf etdirilməsi “Cisco Systems”in Bakıya gələcək nümayəndə heyətinin keçirəcəyi görüşlərdə müzakirələrin əsas predmeti olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]