Co Bayden: Konqres üzvlərinin əksəriyyəti Ukraynaya yardımı dəstəkləyir
Kiyev, 19 yanvar, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Bayden hesab edir ki, Konqresdəki əksəriyyət Ukraynaya hərbi yardımın maliyyələşdirilməsinin təsdiqini dəstəkləyəcək.
AZƏRTAC “Amerikanın səsi”nə istinadla bildirir ki, Co Bayden bunu Konqres üzvləri ilə dünənki görüşdən sonra qanunvericilərin ABŞ-dan Ukraynaya maliyyə və hərbi dəstəyi təsdiqləyəcəyinə dair gözləntiləri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
“Mən inanıram ki, Konqres üzvlərinin əksəriyyəti Ukraynaya yardımı dəstəkləyir”, - deyə Bayden vurğulayıb.
Eyni zamanda, o, müvafiq yardım paketinin təsdiqi üçün səsvermədə uğursuzluq ehtimalından danışıb.
"Məsələ ondadır ki, kiçik bir azlığın ona maneə törətməsi fəlakətli olardı”, - deyə Bayden vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]