Coğrafiya İnstitutunun elmi işçiləri Şamaxı və İsmayıllı ərazilərindəki toponimləri tədqiq ediblər
Bakı, 25 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin böyük elmi işçisi Natiq Babayev və Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin böyük elmi işçisi Nicat İmamverdiyev avqust ayında Şamaxı və İsmayıllı rayonlarında ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiyanın məqsədi adıçəkilən rayonlar üzrə mövcud olan coğrafi adların yayılma arealını müəyyənləşdirmək, onların müxtəlif mənbələrdə işlənilməsinin, aşkarlanıb üzə çıxarılmasının nominativ təsnifatını vermək, yaranma yollarının xarakterlərinə görə mənimsənilmə potensialını qiymətləndirmək və yeni coğrafi adları müəyyən etmək olub.
N.Babayevin sözlərinə görə, ən qədim insanların məskən saldığı bu yaşayış yerlərində xalqımıza məxsus toponimlərin öyrənilməsi mühüm tarixi, siyasi, elmi və praktiki əhəmiyyət kəsb edir. Ekspedisiya zamanı Şərqi Zəngəzur iqtisadi rayonunda mövcud olan etnotoponimik coğrafi adlar sırasında Şamaxı rayonunun ərazisində də bir sıra paralellərin olduğu müəyyən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]