COKONDANIN DAHA BİR SİRRİ AÇILDI
Alimlər aşkar etmişlər ki, florensiyalı tacirin arvadı Cokonda çətinliklə nəzərə çarpan örtüyə bürünmüşdür. XVI əsrdə İtaliyada belə örtükləri hamilə və ya təzəcə ana olmuş qadınlar gəzdirə bilərdilər. Şəklin bu detalını əvvəllər seçmək olmurdu, çünki fon həddindən artıq tutqun görünürdü.
İndi isə tədqiqatçılar, ilk növbədə, ümid edirdilər ki, müasir analiz üsullarının köməyi ilə “sfumato”nun - boya vurulmasının xüsusi texnikasının xüsusiyyətlərini aydınlaşdıracaqlar. Da Vinçi həmin texnikanın köməyi ilə Liza Cerardininin təsvirini bürüyən təkraredilməz müəmmalılıq şəraiti yaratmağa müvəffəq olmuşdur. Lakin ekspertlərdən birinin - Con Teylorun etiraf etdiyi kimi, onlar ustad fırçası yaxmalarının detallarını lazımi dərəcədə ayırd edə bilməmişlər. Eyni zamanda mütəxəssislər hesab edirlər ki, portret Mona Lizanın ikinci oğlunun doğumu münasibətilə çəkilmişdir və beləliklə, bu sənət incisinin yaradılması tarixini daha dəqiq müəyyən etmək olar - təxminən 1503-cü il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]