Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29 Azərbaycana nə vəd edir? - ARAŞDIRMA

COP29 Azərbaycana nə vəd edir? - ARAŞDIRMA

Bakı, 24 yanvar, Elmir Səftərov, AZƏRTAC

2023-cü ilin dekabrın 11-də keçirilmiş COP28-in plenar iclasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) cari ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar verildi. BMT tərəfindən təşkil edilən Tərəflər Konfransının əsas məqsədi iqlim dəyişikliyinə beynəlxalq reaksiyanı artırmaq üçün diplomatları, dövlət başçılarını və iqlim müdafiəçilərini bir araya gətirməkdir. Tərəflər Konfransı 1992-ci ildə BMT-nin ilk iqlim müqaviləsini imzalayan və “iqlimə təhlükəli müdaxilə” ilə mübarizə aparmağı vəd edən 197 ölkəni özündə birləşdirir. Konfransa dünyada olan bütün ölkələr üzvdür və buna görə də əvvəl keçirilmiş COP tədbirləri ən çox dünya liderini bir araya gətirən toplantılar kimi tarixə düşüb. İlk Tərəflər Konfransı isə 1995-ci ildə Almaniyanın paytaxtı Berlində keçirilib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin baş elmi işçisi Orxan Bağırovun “COP29 Azərbaycana nə vəd edir?” sərlövhəli məqaləsində yer alıb.

Araşdırmada göstərilir ki, Tərəflər Konfransına BMT-nin beş regional qrupu növbə ilə ev sahibliyi edir və hər dəfə bu qrupa aid olan müxtəlif ölkələr ev sahibi olaraq seçilir. Bu il isə növbə Şərqi Avropa qrupunda idi. Azərbaycan Şərqi Avropa ölkələrinin yekdil dəstəyi ilə Tərəflər Konfransının 29-cu sessiyasının ev sahibi olaraq seçildi. Azərbaycanın yekdil dəstək ilə ev sahibi seçilməsi təsadüfi deyil. Dünyanın əsas siyasi və iqtisadi güc mərkəzlərindən olan Avropaya daxil olan ölkələrin Azərbaycanı dəstəkləməsi, ilk növbədə, ciddi diplomatik uğurdur. Bu uğurun əldə edilməsi uzun illər ərzində qurulmuş səmərəli diplomatik münasibətlərin, Azərbaycanın özünü etibarlı tərəfdaş kimi sübut etməsinin nəticəsidir. Adətən COP regional qruplara aid olan böyük, inkişaf etmiş və nüfuzlu dövlətlər tərəfindən təşkil edilir. Ona görə də Tərəflər Konfransının növbəti sessiyasının Azərbaycanda keçirilməsi onun nüfuzunun beynəlxalq aləmdə yüksək səviyyədə olduğunu bir daha sübut edir. Bunun diplomatik uğur olmasını həm də Ermənistanın bütün səylərinə rəğmən tədbirin Azərbaycanda keçirilməsinə razı olmağa məcbur olması da təsdiq edir. Bütün digər cəbhələrdə olduğu kimi bu məsələdə də Azərbaycan Ermənistan üzərində diplomatik qələbə qazana bildi və belə bir mötəbər tədbirə ev sahibliyi edəcək.

Ölkəmizin bu tədbirə ev sahibi kimi seçilməsi həm də onu göstərir ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Tədbirin Azərbaycanda keçirilməsi isə onun bu istiqamətdə daha da tanınmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə şərait yaradacaq. Tədbir çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü tədbirlər daha böyük qlobal auditoriyanın diqqətinə çatdırılacaq. Belə ki, Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı qarşısına məqsəd qoyub. Eyni zamanda, əsrin ortasına qədər 1990-cı il ilə müqayisədə Azərbaycan karbon emissiyasını 40 faizə qədər azaldaraq beynəlxalq istiləşmənin təhlükəli nəticələrindən qorunmaq üçün dünya alimləri tərəfindən müəyyən edilən səviyyəyə endirməyi qarşısına məqsəd qoyub.

Qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə ən böyük problemlərdən biri kifayət qədər maliyyə vəsaitinin ayrılmamasıdır. Ona görə də Tərəflər Konfransının son iki sessiyasında bu məsələyə xüsusi diqqət ayrılsa da, problemin həlli istiqamətində ciddi irəliləyiş əldə edilməyib. Yeganə əldə edilən nəticə 2022-ci ildə keçirilən COP27-də “İtki və Zərər” fondunun yaradılması olub. Fond daha çox iqlim problemləri ilə qarşılaşmış olan inkişaf etməkdə olan ölkələrə dəstək vermək məqsədilə yaradılıb. Məqsədin bu olması isə onunla bağlıdır ki, həmin ölkələr daha çox iqlim problemləri ilə qarşılaşmaqdadırlar və maliyyə imkanları da zəifdir. Ona görə də iqlim dəyişiklikləri baxımından həssas olan bu ölkələrin daha çox maliyyə yardımına ehtiyac var. Fondun ehtiyatları 700 milyon dollar səviyyəsində olsa da, bu iqlim dəyişiklikləri ilə mübarizə üçün lazım olan 400 milyard dollarla müqayisədə çox azdır. Ona görə də Tərəflər Konfransının 29-cu sessiyasında gündəmdə əsas məsələlərdən biri maliyyə arxitekturasının islah edilməsi, bu prosesdə özəl sektorun iştirakının artırılması, bu istiqamətdə borc siyasəti və vəsaitlərin ehtiyac kriteriyası üzrə daha ədalətli şəkildə bölüşdürülməsi kimi məsələlər olacaq. Bu istiqamətdə uğurların əldə edilməsi üçün özəl sektorun maliyyələşmə prosesində daha aktiv şəkildə iştirakına çağırışların ediləcəyi də gözlənilir.

Artıq qlobal iqlim dəyişikliyi daha ciddi xarakter aldığından onunla mübarizənin maliyyələşdirilməsi üçün səylərin artırılmasına imkan yaratmaq üçün maliyyə problemlərinin qısa zamanda həll edilməsinə ciddi ehtiyac yaranıb. Bu baxımdan 2024-cü ildəki sessiya maliyyələşmə problemlərinin həlli üçün daha effektiv həll yollarının tapılmasına görə ən vacib sessiyalardan birinə çevrilə bilər. Bu sessiyaya ev sahibliyi etməklə Azərbaycan da bu mənada tarixə düşəcək. Bundan başqa, qlobal səviyyədə etibarlı tərəfdaş və liderlik xüsusiyyətlərinə malik olan ölkə kimi Azərbaycan da iqlim dəyişiklikləri ilə mübarizə prosesinin maliyyələşdirilməsinə öz töhfəsini verə bilər. Azərbaycanın uzun illər ərzində neft və qaz ehtiyatlarının ixracından əldə etdiyi gəlirləri səmərəli istifadə etməklə öz iqtisadiyyatını inkişaf etdirib və iqtisadi müstəqillik əldə edib. İndi isə bu ehtiyatlar hesabına Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verməklə öz mövqeyini daha da möhkəmləndirə və təsir dairəsini daha da genişləndirə bilər. Bu baxımdan, COP29-un Azərbaycanda keçirilməsi onun bu mövqeyinin möhkəmlənməsi və bu istiqamətdə gördüyü işlərin, əldə etdiyi nəticələrin təbliği baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, sessiyanın Bakıda keçirilməsi Azərbaycanda özəl sektorun bu prosesə cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu da azərbaycanlı sahibkarların qlobal səviyyədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verməsinə şərait yaradacaq.

Əvvəl də qeyd edildiyi kimi, Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə prosesinə ciddi töhfə verən ölkə kimi tanınması onun COP29-a ev sahibliyi etmək imkanını əldə etməsinə səbəb oldu. Azərbaycanın belə tanınması isə, ilk növbədə, onun bu sahədə uzun illərdir həyata keçirdiyi ardıcıl siyasət və layihələr hesabına mümkün olub. Son illər Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, o cümlədən külək və günəş enerjisi stansiyalarının qurulması baxımından böyük işlər görüb. 2023-cü ildə Azərbaycanda regionun ən böyük bərpa olunan enerji stansiyası istifadəyə verilib və bir sıra külək və günəş enerjisi stansiyalarının əsası qoyulub. Bu stansiyaların işə başlaması yaxın illərdə 10 min meqavat enerji istehsal edilməsinə şərait yaradacaq. Bu isə imkan verəcəkdir ki, Azərbaycan özünün enerji təhlükəsizliyini daha davamlı şəkildə təmin edə bilsin və əsas yaşıl enerji ixracatçılarından birinə çevrilsin.

Bundan başqa, Azərbaycan yaşıl enerji təchizatçısına çevrilməyi də qarşısına məqsəd qoyub. Artıq Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə yaşıl enerjinin Avropaya ixracı layihəsini icra etməkdədir. Bu layihə işə düşdükdən sonra Azərbaycan Avropanın əsas yaşıl enerji təchizatçılarından birinə çevrilmiş olacaq. Ona görə COP29-un Azərbaycanda keçirilməsi də bu prosesin davamıdır və ölkəmizin yaşıl enerjiyə keçid və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı qarşısına qoyduğu məqsədlərə çatmasına öz töhfəsini verəcək.

Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, son illərdə Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin əsas məqsədlərinə qeyri-neft sektorundan asılılığın azaldılması və enerji təhlükəsizliyinin təmin edilməsi ilə bərpaolunan enerji mənbələrinin rolunun artırılması da aiddir. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan yaşıl enerjiyə keçidə hazırlaşmaqdadır. Bu baxımdan, COP29 tədbiri həmin keçidin daha səmərəli icrası ilə bağlı strategiyaların və görülməsi zəruri olan tədbirlərin müəyyən edilməsi baxımından faydalı platformadır. Sessiya çərçivəsində dünyanın bu keçidlə bağlı daha çox təcrübəsi olan ölkələri ilə fikir mübadiləsinin aparılması və təcrübələrin bölüşülməsi Azərbaycanın yaşıl enerjiyə keçid prosesinə öz töhfəsini verəcək.

Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə aparmasının və bu məsələyə böyük diqqət ayırmasının göstəricilərindən biri də 2030-cu ilə qədər müəyyən etdiyi beş istiqamətdən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinin olmasıdır. Həmçinin Qarabağın sahib olduğu bərpaolunan enerji resursları Azərbaycanın “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinin icrasına, qlobal yaşıl enerji çağırışlarına cavab verməyə və ətraf mühitin qorunmasına ciddi töhfə verəcək. Ona görə də torpaqların işğaldan azad edilməsi həm də enerji sektorunun inkişafına böyük töhfə verəcək. Bu baxımdan, COP29 həm də işğaldan azad edilmiş ərazilərdə görülən işlərin və bu ərazilərin sahib olduğu bərpaolunan enerji mənbələrinin dünya üçün əhəmiyyətinin təbliği baxımından da faydalı platformaya çevriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim