CƏMİYYƏT
“COP29: gözləntilər, perspektivlər” mövzusunda ictimai müzakirələr keçirilib VİDEO
![](/files/galleryphoto/2023/3/1200x630/1702907855236799312_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029078552370011467_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702907856456336799_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/170290785654722120_1200x630.jpg)
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları dekabrın 18-də “COP29: gözləntilər, perspektivlər” mövzusunda ictimai müzakirələr keçirib və birgə bəyanat qəbul ediblər.
AZƏRTAC xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan müzakirələrdə çıxış edən Agentliyin İcraçı direktoru Aygün Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsini tarixi uğur adlandırıb. A.Əliyeva Agentliyin 2024-cü ilin əvvəlində COP29-la bağlı xüsusi qrant müsabiqəsi elan edəcəyini açıqlayıb.
Sonra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin COP29-la bağlı fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb. Alternativ enerjiyə aid hesabatların, fləşmobların, yürüşlərin keçirilməsi təklif kimi irəli sürülüb.
Tədbirdə COP28-də iştirak etmiş QHT sədrləri də fikir və mülahizələrini bölüşüblər.
“Yaşıl Tikinti Şurası”nın həmtəsisçisi və rəhbəri Guy Eames bildirib ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi nümayiş etdirir.
Tədbirin sonunda QHT-lər COP29-la bağlı birgə bəyanat qəbul ediblər. Bəyanatı “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi sədr müavini Amin Məmmədov səsləndirib.