COVID-19: Fransada son sutkada 25 mindən çox yeni yoluxma qeydə alınıb
Paris, 11 fevral, AZƏRTAC
Fransada COVID-19 pandemiyası qurbanlarının sayı 80 443-ə çatıb.
AZƏRTAC xəbər verir ki, son 24 saat ərzində ölkədə koronavirusa 25 387 yeni yoluxma, xəstəxanalarda 297 ölüm faktı qeydə alınıb.
Xəstəxanalarda koronavirus xəstələrinin sayı 27 417-ə qədər artıb. Reanimasiya şöbələrində 3319 xəstə intensiv müalicə olunur. Pandemiya başlayandan 237 113 xəstə sağalaraq, xəstəxanaları tərk edib.
Ölkədə 2 milyondan çox nəfərə peyvəndin birinci dozası, 443 mindən çox insana isə ikinci dozası vurulub. Ölkənin bəzi departamentlərində virusun Britaniya ştammı fəal yayılmaqdadır. Virusun yeni ştammının fəal yayılması narahatlıq doğurub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]