COVID-19: Fransada son sutkada koronavirusa 52 518 yeni yoluxma qeydə alınıb
Paris, 3 noyabr, AZƏRTAC
Fransada son sutkada CDOVID-19 epidemiyasına 52 518 yeni yoluxma və 418 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilib ki, ölkədə yeni koronavirusa yoluxanların ümumi sayı 1 466 433-ə çatıb. Hazırda xəstəxanalarda 25 143 koronavirus xəstəsi var. Onlardan 3 721 nəfər ağır vəziyyətdə reanimasiya şöbələrindədir. Ölkədə 2448 qrup yoluxması araşdırılmaqdadır.
Fransada 25 784-ü xəstəxanalarda və 11 651-i qocalar evlərində olmaqla COVID-19 epidemiyasından ölənlərin ümumi sayı 37 435-ə çatıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]