“Crew Dragon” gəmisi Beynəlxalq Kosmik Stansiyaya doğru start götürüb
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də “Falcon 9” daşıyıcı raketi “Space X” kompaniyasının yeni “Crew Dragon” kosmik gəmisi ilə birgə Beynəlxalq Kosmik Stansiyaya yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) məlumat yayıb. Pilotsuz kosmik gəmi Florida ştatındakı Kanaveral burnunda yerləşən 39A kompleksindən fəzaya buraxılıb. Bu, startda qəza zamanı ekipajın təcili təxliyə olunması sistemi ilə təchiz edilmiş yeni “Crew Dragon” kosmik gəmisinin ilk sınaq uçuşudur.
Yeddi nəfərlik kosmik gəminin göyərtəsində skafandrlı maneken yerləşdirilib. Skafandrdakı ötürücülər uçuşun bütün mərhələlərində komandirin “vəziyyətini” izləyəcək.
Kosmik gəmi, həmçinin Beynəlxalq Kosmik Stansiyanın ekipajı üçün 182 kiloqram ərzaq, elmi avadanlıq və material çatdıracaq. O, martın 3-də avtomatik olaraq stansiyaya birləşəcək, martın 8-də isə Yerə qayıdacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]