Cüdo üzrə Bakı şəhər birinciliyində 196 idmançı medallar uğrunda mübarizə aparacaq
Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 21 yaşa qədər gənc cüdoçular arasında Bakı şəhər birinciliyi keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Yarışda Bakının 35 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 196 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir müvafiq yaş qrupu üzrə Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.
Qeyd edək ki, Bakı şəhər birinciliyi yanvarın 13-də start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]