İDMAN
Cüdo üzrə dünya çempionatının beşinci gününün yarımfinalçıları müəyyənləşib VİDEO
Bakı, 24 sentyabr, AZƏRTAC
Bakıdakı Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatının beşinci gününün yarımfinalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 125 ölkədən 800-dək cüdoçunun mübarizə apardığı çempionatda kişilər arasında 90 kiloqram çəki dərəcəsində finala gedən yolda kubalı İvan Felipe Silva Morales Fransa təmsilçisi Aksel Klerqet ilə, Macarıstan cüdoçusu Kristian Tot isə İspaniya idmançısı Nikoloz Şerazadişvili ilə üz-üzə gələcək.
Qadınlar arasında 70 kiloqram çəkidə yarımfinal mərhələsində Puerto-Riko təmsilçisi Maria Perez yaponiyalı Çizuru Arai ilə, Fransa cüdoçusu Maria Yeva Qahie isə mərakeşli Assmaa Nianq ilə qarşılaşacaq.