Cüdo üzrə region birincilikləri təşkil olunacaq
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 24-dən Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə U-15 və U-18 region birincilikləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tələblərə uyğun təşkil olunacaq yarışlar bölgələr üzrə Şirvan (24-25 sentyabr), Xaçmaz (29-30 sentyabr), Beyləqan (5-6 oktyabr), Şəki (8-9 oktyabr), Qazax (15-16 oktyabr), Ağdam (20-21 oktyabr) və Naxçıvanda (21-22 oktyabr) keçiriləcək. O cümlədən U-18 Sumqayıt şəhər birinciliyi noyabrın 26-da Sumqayıt Olimpiya İdman Kompleksində, U-18 Bakı şəhər birinciliyi isə dekabrın 11-13-də FHN İdman Sağlamlıq Kompleksində təşkil olunacaq.
Region birincilikləri müvafiq yaş qrupları üzrə Azərbaycan birinciliklərinə seçim xarakteri daşıyacaq.
Qeyd edək ki, ACF-in ölkədə cüdo idman növünün inkişafı və kütləviləşdirilməsi üçün gördüyü işlərdən biri regionlarda keçirilən turnirlərin sayının artırılmasıdır. Həmçinin, yarışlardan bir gün öncə ACF-in hakimlər heyəti tərəfindən regionlarda fəaliyyət göstərən məşqçilərin biliklərinin artırılması üçün seminarlar təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]