CÜDO ÜZRƏ RESPUBLİKA ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
Dekabrın 15-də Milli Olimpiya Komitəsinin idman kompleksində kişilər və qadınlar arasında cüdo üzrə respublika çempionatı başa çatmışdır. Çempionatda 200-dən artıq idmançı iştirak etmişdir.
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, komanda hesabında birinci yeri paytaxt idmançıları, ikinci yeri Sumqayıt, üçüncü yeri isə Zaqatala cüdoçuları tutmuşlar.
Kişilər arasında 60 kiloqram çəki dərəcəsində Nicat Sultanov (“Atilla” klubu), Elçin İsmayılov (66 kiloqram, “Atilla”), Şahin Arzumanov (73 kiloqram, OMİK), Mehman Əzizov (81 kiloqram, “Atilla”), Rüstəm Rüstəmov (90 kiloqram, Mingəçevir), Mövlud Mirzəyev (100 kiloqram, “Neftçi”), Vəsfi Əliyev (100 kiloqramdan çox, “Neftçi”) çempion olmuşlar.
Qadınlar arasında Afaq Qədirova (48 kiloqram, Sumqayıt), Sima Hüseynova (52 kiloqram, “Atilla”), Arzu Acalova (57 kiloqram, “Neftçi”) və Fərqanə Şükürova (78 kiloqram, “Gömrükçü”) birinci yeri tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:14]
Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir
- 04.06.2026 [18:14]
Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək
- 04.06.2026 [18:02]
Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik
- 04.06.2026 [17:47]
Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik
- 04.06.2026 [16:43]
“Sabah” Azərbaycan millisinin futbolçusu ilə müqaviləni yeniləyib
- 04.06.2026 [16:28]