Cüdo üzrə yığmamız açıq Avropa çempionatında iştirak edəcək
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan cüdoçuları daha bir yarışda qüvvələrini sınayacaqlar.
AZƏRTAC xəbər verir ki, artıq bir neçə turnirdə ardıcıl olaraq iştirak etmiş yığma komandamız bu dəfə Avstriyanın Obervart şəhərində təşkil olunacaq açıq Avropa çempionatında yarışacaq. Əlli iki ölkədən 301 cüdoçunun qatılacağı çempionat fevralın 13-14-də keçiriləcək.
Baş məşqçi Peter Zayzenbaher bu dəfə əsasən ehtiyat heyətə güvənəcək. Belə ki, 21 nəfərlik komandada millinin əsas heyətindən yalnız Uşanqi Kokauri (100 kq-dan yuxarı) yer alıb.
Cüdoçularımızdan Vüqar Şirinli, Elbrus Zamanov, Oruc Vəlizadə, Davud Məmmədsoy (hamısı 60 kq), Hidayət Heydərov, Telman Vəliyev, Rəşad Rufullayev, Turan Seyidov (hamısı 66 kq), Fəqan Quluzadə, İsmayıl Piriyev, Vüqar Bayramov (hər üçü 73 kq), Əbdülhəq Rəsullu, Rüstəm Alimli, Ziya Namazov, Elvin Əhmədli (hamısı 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov, Tural Səfquliyev, Şahin Qəhrəmanov (hamısı 90 kq) və Cəlil Şükürov (100 kq) da heyətə daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]