Azərbaycan Dövlət İnformasiya Agentliyi

Culfa rayonunun Bənəniyar kəndində yeni sosial obyektlər istifadəyə verilib

Naxçıvan, 5 fevral, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sürətli sosial-iqtisadi inkişaf strategiyası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunu da əhatə edib. Bu gün muxtar respublikada aparılan geniş quruculuq işləri rayonun Bənəniyar kəndini də müasir görkəmə qovuşdurub. Kənddə həyata keçirilən kompleks quruculuq işləri, yaradılan müasir infrastruktur, rahat iş və xidmət şəraiti sakinlərin firavan yaşayışına səbəb olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 5-də Bənəniyar kəndində yeni sosial obyektlərin açılışı olub.

Bənəniyar kənd tam orta məktəbində

müasir tədris şəraiti yaradılıb

Müasir təhsil infrastrukturu hər bir ölkədə inkişafın əsas göstəricisidir. Bu səbəbdən də muxtar respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilir, yeni məktəb binaları tikilir, gələcəyimiz olan gənc nəslin əsl vətəndaş kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılır.

Fevralın 5-də Bənəniyar kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.

Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev deyib ki, Culfa rayonu gündən - günə inkişaf edir, yeniləşir. Göstərilən qayğı rayon mərkəzi ilə yanaşı, kəndlərin də inkişafına səbəb olub. Ötən il rayonun Əlincə və Şurud kəndlərində yeni sosial obyektlər istifadəyə verilib, Culfa şəhərindəki 18 və 20 nömrəli yaşayış binaları əsaslı təmir olunub, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin tikintisi, Əlincəqala tarixi abidəsinin, Gülüstan türbəsinin bərpası davam etdirilib. Rayonda əhalinin rahat yaşayışı da diqqət mərkəzində saxlanılır, Culfa şəhərinin içməli su sistemi yenidən qurulur.

Şükür Babayev həyata keçirilən tədbirlərin ölkəmizdə insan amilinə verilən qiymətin daha bir ifadəsi olduğunu bildirib, yaradılan şəraitə görə rayon əhalisi adından minnətdarlıq edib.

Məktəbin müəllimi Ələviyyə Nuri çıxış edərək deyib ki, kənd məktəbi müasir tədris avadanlıqları ilə təmin olunub, kollektivin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu da dərslərin daha səmərəli təşkilinə imkan verəcəkdir. Göstərilən qayğıya görə kollektiv adından minnətdarlıq edən Ələviyyə Nuri bundan sonra daha səylə çalışacaqlarına söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün Bənəniyar kəndinin həyatında ən əlamətdar günlərdən biridir. Kənd tamamilə abadlaşdırılmış, geniş quruculuq işləri aparılmış, xüsusilə də kənd məktəbinin binası müasir tədrisin tələbləri səviyyəsində yenidən qurulmuşdur.

Ali Məclisin Sədri bu münasibətlə məktəbin kollektivini təbrik edib, onlara tədrisdə uğurlar arzulayaraq deyib: Məktəblərin informasiya-kommunikasiya texnologiyaları və lazımı tədris avadanlıqları ilə təminatı, müəllimlərin hazırlıq səviyyələrinin artırılması, şagirdlərin bilik və dünyagörüşlərinin formalaşdırılması müasir tədrisin qarşıya qoyduğu əsas vəzifələrdir. Çünki gənclərin hərtərəfli hazırlanması müasir dövrün tələbinə çevrilmişdir. Ölkəmizin hansı bölgəsində yaşamasından asılı olmayaraq gənc nəsil dünyada gedən prosesləri yaxından izləməli, yaxşı təhsil almalı, gələcəkdə dünyanın və ölkəmizin istənilən universitetlərində ali təhsillərini davam etdirməlidir.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Məktəblərdə yaradılan müasir tədris şəraiti gənclərin hərtərəfli hazırlanmasına təminat verir”. Əgər məktəblərdə lazımi tədris şəraiti vardırsa, müəllimlərin hazırlığı və tələbkarlığı tələb olunan səviyyədədirsə, onda gənclərin hərtərəfli hazırlanması da təmin olunacaqdır. Hər bir gəncin qabiliyyətinə və bacarığına uyğun peşəyə yönəldilməsi isə onların hərtərəfli hazırlanmasında başlıca vəzifədir. Ümumtəhsil məktəblərində yaradılan şərait qarşıya qoyulan bu vəzifələrin icrasına imkan verir. Ona görə də şagirdlər məktəbdə təhsil almalı, informasiya-kommunikasiya texnologiyalarından istifadə vərdişlərini öyrənməli, gələcəkdə bir peşənin sahibi olmalıdırlar. Bütün bunların həyata keçirilməsində müəllimlərin də üzərinə mühüm vəzifələr düşür. Müəllimlər, ilk növbədə, özləri yaradılan şəraitdən lazımi səviyyədə bəhrələnməli və bundan sonra öyrəndiklərini gənc nəslə aşılamalıdırlar.

Ali Məclisin Sədri kollektivin qazanılan nailiyyətləri bundan sonra da artıracağına əminliyini bildirib.

Sonra Ali Məclisin Sədri Culfa rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəsti hədiyyə edib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 3 mərtəbəli məktəb binası 666 yerlikdir. Binada 4-ü elektron lövhəli olmaqla 37 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompyuter və 2 şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.

Şagirdlərin kitaba marağının artırılması və mütaliə vərdişlərinin formalaşdırılması pedaqoji kollektivlərin qarşısında duran mühüm vəzifələrdəndir. Muxtar respublikada bu sahədə işlərin səmərəli təşkili diqqət mərkəzində saxlanılır, məktəb kitabxanalarının fondu mütəmadi olaraq elmi və bədii ədəbiyyatlarla zənginləşdirilir. Bənəniyar kənd tam orta məktəbinin kitabxanasında da 11 min 708 kitab vardır.

Kompyuter otaqlarındakı 57 kompyuterin hər biri internetə qoşulub və elektron dərsliklərlə təmin olunub.

Ali Məclisin Sədri elektron lövhəli sinifdə muxtar respublikanın 205 təhsil müəssisəsi ilə Naxçıvan Dövlət Tarix Muzeyi arasında videobağlantı vasitəsilə keçirilən dərsi izləyib.

Ali Məclisin Sədri birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanıb. Məlumat verilib ki, cari tədris ilində Bənəniyar kənd tam orta məktəbinin birinci siniflərinə 47 şagird qəbul olunub. Müəllimlər ibtidai sinif şagirdlərinin hər biri ilə fərdi məşğul olur, onların dərslərdə aktiv fəaliyyəti təmin olunur.

Məktəbin hərbi kabinəsi və geniş idman zalı sağlam və vətənpərvər gənclərin böyüdülməsində öz müsbət təsirini göstərəcəkdir.

Məktəbin müəllimləri ilə söhbət zamanı Ali Məclisin Sədri deyib ki, gənclərin vətənpərvər və savadlı böyüdülməsi, onların peşə sahibi olması hər bir ümumtəhsil məktəbinin uğurudur. Ötən tədris ilində Bənəniyar kənd tam orta məktəbini bitirən məzunlardan 16-sı ali məktəblərə, 8-i orta ixtisas məktəbinə, 3-ü isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub, tələbə adını qazanan məzunlardan 4-ü 500-700 intervalında yüksək bal toplayıb. Yaradılan şərait gələcəkdə bu uğurların daha da artırılmasına imkan verəcəkdir.

Müəllimlərdən Sevda Məmmədova və Ruqayə Nəcəfquliyeva minnətdarlıq edərək deyiblər ki, şagirdlərin yaxşı təhsil alması, bilikli, zəngin dünya görüşlü və vətənpərvər böyüdülməsi çətin və şərəfli bir vəzifədir. Məktəbin müasir tədris şəraiti qarşıya qoyulan bu vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəkdir.

Məktəbin həyəti də abadlaşdırılıb, gülkarlıqlar salınıb.

Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin

yeni binası istifadəyə verilib

Muxtar respublikada gənclərin musiqi təhsili və musiqi sənətinin inkişafı da diqqət mərkəzində saxlanılır. Bənəniyar Kənd Uşaq Musiqi Məktəbi üçün yeni binanın inşa olunması da bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Fevralın 5-də Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Azər Cəfərli yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edərək deyib ki, bu gün muxtar respublikamızda musiqi sənətinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hər il yeni musiqi məktəbləri inşa olunur, maddi-texniki bazaları gücləndirilir, milli musiqiçi kadrların yetişdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Bənəniyar Kənd Uşaq Musiqi Məktəbi üçün yeni binanın tikilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.

Azər Cəfərli bundan sonra da istedadlı uşaqların üzə çıxarılması və milli musiqimizin inkişafı sahəsində səylə çalışacaqlarına söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, onlara musiqi mədəniyyətimizin inkişafı sahəsindəki fəaliyyətlərində uğurlar arzulayaraq deyib: Musiqi hər bir xalqın mədəni inkişafının göstəricisidir. Azərbaycan xalqının zəngin xalq yaradıcılığı nümunələri, milli dəyərləri və adət-ənənələri vardır. Bunlar hər xalqa nəsib olmur. Çünki xalq yaradıcılığını, milli dəyərləri ancaq zəngin mədəniyyətə malik olan xalq yarada bilər. Bu gün muxtar respublikada musiqi məktəblərinin yaradılmasında əsas məqsəd də xalq yaradıcılığı nümunələrini qoruyaraq gələcək nəsillərə çatdırmaqdan, o cümlədən musiqi mədəniyyətimizin inkişafına töhfələr verməkdən ibarətdir.

Ali Məclisin Sədri deyib: Bənəniyar Kənd Uşaq Musiqi Məktəbində 3 şöbədə 6 ixtisas üzrə musiqi dərsləri keçiləcəkdir. Bu da gənclərin asudə vaxtlarının səmərəli təşkilinə və onların istedadlarının üzə çıxarılmasına imkan verəcəkdir. Həmçinin məktəbdə yaradılan şərait bu ərazidə yaşayan gənclərin uzaq məsafələr qət etmədən öz kəndlərində musiqi təhsili almalarına, bacarıqlarını inkişaf etdirmələrinə səbəb olacaqdır.

Qeyd olunub ki, Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin böyük uğurları vardır. Ötən tədris ilində məktəbi bitirən şagirdlərdən musiqi ixtisası üzrə 1-i ali, 3-ü isə orta ixtisas məktəbinə qəbul olunub. Bu da məktəbdə musiqi sənətinə olan marağın və tədrisin düzgün təşkil olunmasının nəticəsidir.

Ali Məclisin Sədri Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin muxtar respublikanın ən yaxşı musiqi məktəblərindən birinə çevriləcəyinə əminliyini bildirib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, məktəbdə 37 sinif, orkestr və konsert zalları, musiqi alətlərinin təmiri otağı, kitabxana və bufet fəaliyyət göstərəcəkdir. Məktəb müasir inventar və avadanlıqlarla, o cümlədən 9 pianino və ayrı-ayrı ixtisaslar üzrə digər musiqi alətləri ilə təchiz olunub, şagirdlərin musiqi biliklərinə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Məktəbin kitabxana fondunda 300 kitab vardır.

Musiqi məktəbi gənclərdə musiqi zövqünün formalaşmasında xüsusi rol oynayacaqdır. Hazırda məktəbdə dərslər xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər üzrə aparılır, şagirdlərə tar, kamança, fortepiano, qarmon, nağara və xanəndəlik ixtisasları öyrədilir.

Ali Məclisin Sədri müəllimlərlə söhbət zamanı qeyd edib ki, məktəbin əvvəlki şəraiti dərslərin keçirilməsində müəyyən çətinliklər yaradırdı. Lakin bu gün istifadəyə verilən yeni binada müasir tədris şəraiti yaradılıb. Ona görə də kollektiv yaradılanlardan səmərəli istifadə etməli, gənc musiqiçi kadrların yetişdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır.

Məktəbin müəllimi Rahilə Əsgərova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.

Sonra tədbirlər zalında musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı olub.

Ali Məclisin Sədri musiqi nömrələrini izləyib, şagirdləri uğurlu çıxışlarına görə təbrik edib və onlarla xatirə şəkli çəkdirib.

Binada fərdi qazanxana quraşdırılıb, həyətdə geniş abadlıq işləri görülüb.

Bənəniyarda yeni xidmət mərkəzi

fəaliyyətə başlayıb

Fevralın 5-də Bənəniyarda yeni xidmət mərkəzi də istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib, ayrı-ayrı xidmət sahələrində yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri və 2 mağaza fəaliyyət göstərir. Mağazaların birində ərzaq, digərində isə təsərrüfat mallarının satışı həyata keçirilir. Mərkəzdə 9 nəfər işlə təmin olunub.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşüb.

Kənd ağsaqqalı, şəhid atası Hacıteymur Hüseynov və sakin Əliqulu Əhmədov minnətdarlıq edərək deyiblər ki, muxtar respublikada ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi Bənəniyar kəndinin timsalında daha aydın görünür. Qədim tarixə malik olan kənd bu gün müasir inkişaf dövrünü yaşayır. Artıq Bənəniyarda əhalinin rahatlığı üçün bütün imkanlar yaradılıb, yeni iş yerləri açılıb. Bütün bunlar sakinlərin öz yurd-yuvalarına bağlılığını, onların qurub-yaratmaq əzmini daha da artırır. Kənd adamları təsərrüfatlarda həvəslə çalışır, ölkəmizin inkişafına öz töhfələrini verirlər.

Ali Məclisin Sədri deyib: Aparılan quruculuq işlərindən sonra Bənəniyar müasir kənd yaşayış məntəqəsinə çevrilmişdir. Məktəb binası, musiqi məktəbi, xidmət mərkəzi, həkim ambulatoriyası və kənd mərkəzi əhalinin rahatlığının təmin olunmasına xidmət edir. Bənəniyar kəndinin qədim tarixi, özünəməxsus ənənələri, torpağa bağlı və zəhmətkeş insanları vardır. Ölkəmizdəki mövcud birlik, sabitlik və inkişaf bu kəndi də əhatə etmiş, həyata keçirilən tədbirlər yeni iş yerlərinin açılmasına, insanların məşğulluğunun təmin olunmasına, bir sözlə, onların rahat yaşayışına səbəb olmuşdur. Sakinlər yaradılan bu şəraitdən səmərəli istifadə etməli, kəndin bugünkü abadlığı, tarixi, ənənələri qorunub saxlanılmalı, gənc nəsil dövlətimiz və xalqımız üçün yararlı vətəndaş kimi böyüdülməlidir.

Həkim ambulatoriyasında yenidənqurma

işləri aparılıb

Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bənəniyar kənd həkim ambulatoriyasına gəlib, burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, ambulatoriya 8 otaqdan - baş həkim, stomatoloq üçün kabinə, palata, aptek, doğuş, peyvənd, manipulyasiya və qeydiyyat otaqlarından ibarətdir. Burada 8 tibb işçisi sakinlərin sağlamlığının keşiyində dayanır.

Aparılan yenidənqurma işləri tibbi xidmətin daha səmərəli təşkilinə səbəb olub. Otaq və kabinələrin hər biri təyinatı üzrə ən müasir avadanlıqlarla və lazımi dərman vasitələri ilə təchiz olunub. Bütün bunlar kənddə əhali arasında müayinə və müalicə işinin səmərəli təşkilinə imkan verəcəkdir.

Baxış zamanı uşaq və hamilə qadınların qeydiyyata alınması və tibbi yoxlamadan keçirilməsinin vacibliyi vurğulanıb, əhalinin sağlamlığının qorunması barədə müvafiq tapşırıqlar verilib.

Bənəniyarda dövlət qurumları üçün

nümunəvi iş şəraiti yaradılıb

Bənəniyarda aparılan quruculuq tədbirləri çərçivəsində kənd mərkəzinin binası da əsaslı təmir olunub.

Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzində yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, klub və 60 yerlik iclas zalı yerləşir.

Culfa rayonunun böyük yaşayış məntəqələrindən biri olan Bənəniyarda sakinlərin rahat yaşayışı məqsədilə bütün zəruri infrastruktur, o cümlədən müasir rabitə sistemi yaradılıb, poçt şöbəsinin fəaliyyəti gücləndirilib.

Kəndlərdə baytarlıq xidmətinin təşkili heyvandarlığın inkişaf etdirilməsində və əhalinin sağlam heyvandarlıq məhsulları ilə təmin olunmasında xüsusi əhəmiyyət daşıyır. Bənəniyar kəndində baytarlıq xidmətinin səviyyəsi yüksəldilib, baytarlıq məntəqəsi lazımı dərman preparatları ilə təchiz olunub.

Kənd mərkəzində 14 min 826 kitab fondu olan kitabxana və geniş iclas zalı vardır. Binada Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının əməkdaşları da rahat iş şəraiti ilə təmin olunublar. Bənəniyar kənd ərazi ilk təşkilatının 354 üzvü vardır, onlardan 123-ü gənclər, 119-u isə qadınlardır.

Kənd mərkəzinin həyətində də geniş abadlıq işləri görülüb.

X X X

Bənəniyar kəndində aparılan abadlıq işləri zamanı kənddaxili 1100 metr yola asfalt örtük salınıb, 151 metr uzunluğunda beton kanal çəkilib, 9 su keçidi qoyulub. Rabitə, elektrik və qaz şəbəkələrində yenidənqurma işləri aparılıb, 500 metr fiber-optik kabel çəkilib, 5 min 920 metr elektrik xətti yenilənib, yeni tikililərə 400 metr uzunluğunda qaz xətti çəkilib. Kəndin içməli su təchizatı da yaxşılaşdırılıb, mövcud kaptajın uzunluğu 100 metr artırılıb, 1500 metr yeni su xətti çəkilib və kənddə 250 ailə içməli su ilə təmin olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər