Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cümhuriyyət-100: Ermənistan prokurorluğunun axtarışa verdiyi azərbaycanlı diplomat – Teymur xan Makinski

Cümhuriyyət-100: Ermənistan prokurorluğunun axtarışa verdiyi azərbaycanlı diplomat – Teymur xan Makinski

Bakı, 17 iyul, AZƏRTAC

Ermənilərin iç üzünü və dilini yaxşı bilən Teymur xan Makinskinin fəaliyyəti Ermənistan hökumətini ciddi narahat edirdi. Buna görə də onun hər addımı izlənilir və ona mane olmağa çalışırdılar. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin İrəvandakı daimi nümayəndəsi olan Makinski Zəngəzur, Göyçə və İrəvan ərazisində yaşayan azərbaycanlıların birliyini və güclənməsini təmin edə bilmişdi.

Cümhuriyyət tarixini araşdıran Əfqan Vəliyev Teymur xan Makinski haqqında tədqiqatlarında bir sıra dəyərli məlumatlar üzə çıxarıb. AZƏRTAC yazıçı-tədqiqatçının qeydlərini təqdim edir.

Teymur xan Məmmədqulu xan oğlu Makinski 1874-cü ildə qədim Azərbaycan diyarı İrəvan şəhərində dünyaya gəlib. İrəvanda yaşayan Maku xanlarının törəmələrindən olan Makinskilər nəsli İrəvan xanlarının nəsil davamçıları İrəvanskilərlə də yaxın qohum idilər.

Makinski İrəvan şəhər gimnaziyasını bitirdikdən sonra Polşaya gedərək Varşava Universitetinin hüquq fakültəsinə daxil olub. 1916-cı ildə fakültəni birinci dərəcəli diplomla bitirərək Azərbaycana qayıdıb.

1917-ci ildə Rusiyada baş verən Fevral - burjua inqilabından sonra Qafqazda, o cümlədən Azərbaycanda yaranan siyasi ab-hava Makinskinin siyasətə qoşulmasına zəmin yaradıb. Ölkədə başlayan millətçilik hərəkatı azadlığa gedən yolu işıqlandırır, cəmiyyətin müstəqillik əhval-ruhiyyəsini artırırdı. Belə bir zamanda bu hərəkatın önündə yer alanlardan biri də Makinski olub.

O, Tiflisdə qurulan Zaqafqaziya Seymində müsəlman fraksiyasının tərkibində Azərbaycanı təmsil edib. Seymin işində fəal iştirak edən Makinski sonra Tiflisdə azərbaycanlı nümayəndələr tərəfindən Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə qurulan Milli Şuraya üzv seçilib. Milli Şura 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın müstəqilliyini elan etdikdən sonra Makinski Fətəli xan Xoyskinin qurduğu birinci və ikinci hökumətdə ədliyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

1918-ci il dekabrın 7-də Bakıda açılan Azərbaycan parlamentində təmsil olunan Teymur xan Makinski həmin il dekabrın 26-dan 1918-ci il martın 14-dək Fətəli xan Xoyskinin qurduğu üçüncü hökumətdə ədliyyə naziri vəzifəsini icra edib. O, 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan Hərbi Məhkəməsinin sədri vəzifəsində işləyib.

Makinski İrəvan quberniyasındakı azərbaycanlıları erməni zülmündən qorumaq məqsədilə 1919-cu ilin yanvarında Bakıda qurulan İrəvan quberniyası Həmyərliləri Cəmiyyətinin idarə heyətinə sədr seçilib.

O, Xalq Cümhuriyyəti dövründə azərbaycanlı gənclərin xarici ölkələrdə ali təhsil almalarına da kömək göstərib.

1919-cu il noyabrında Göyçə və Zəngəzur mahalından 100 minlərlə azərbaycanlı ermənilər tərəfindən məcburən doğma torpaqlarından qovuldu. Bu hadisə Xalq Cümhuriyyəti üçün ciddi problemlərə səbəb oldu. Köçün qarşısını almaq və lazımi tədbirlər görmək üçün Makinski 1920-ci il martında Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistanda diplomatik nümayəndəsi təyin olunub. Makinski gizli özünü müdafiə dəstələri quraraq erməni quldur dəstələrinə və onların havadarlarına qarşı vuruşub. Səfir olduğu qısa müddətdə yerli Azərbaycan əhalisinə qarşı mövcud təzyiqi qismən aradan qaldırmağa nail olub.

Ermənilərin iç üzünü və dilini yaxşı bilən Makinskinin fəaliyyəti Ermənistan hökumətini ciddi narahat edirdi. Buna görə də onun hər addımı izlənilir və ona mane olmağa çalışırdılar. Azərbaycan hökuməti Zəngibasarda mühasirə şəraitində yaşayan azərbaycanlıların zəruri ehtiyaclarının təmin edilməsi üçün Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyinə 600 min rubl göndərmişdi. Diplomatik nümayəndəliyin gizli yazışmalarını və şifrəli teleqramlarını ələ keçirən erməni kəşfiyyatı məsələdən xəbərdar olmuş və 1920-ci il aprelin 4-də nümayəndəlik əməkdaşları pulu Zəngibasara apararkən yolda onları saxlayaraq pulu ələ keçirmişlər. Bütün bu çətinliklərə baxmayaraq, Makinski Zəngəzur, Göyçə və İrəvan ərazisində yaşayan azərbaycanlıların birliyini və güclənməsini təmin edə bilmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Ermənistan hökuməti tərəfindən 1920-ci il mayın 15-də Azərbaycan diplomatik nümayəndəliyinin fəaliyyəti dayandırıldı. Bunu fürsət bilən Ermənistan hökuməti tərəfindən səfir olduğu vaxt İrəvan və Zəngibasarda yaşayan azərbaycanlılara maddi və mənəvi kömək göstərdiyi üçün Makinskiyə qarşı cinayət işi açıldı. Ermənistan prokurorluğu tərəfindən axtarışa verilən Makinski Gürcüstanın İrəvandakı daimi təmsilçisinin köməyi ilə gizlicə Tiflisə yollandı. Tiflisə gedərkən ermənilərin əlinə keçməsin deyə mühüm sənəd və arxiv materiallarını da özü ilə aparmışdı.

Təəssüf ki, 1920-ci il mayın 28-də Tiflisə gedən Makinskinin sonrakı taleyi barədə məlumat yoxdur...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil