Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cümhuriyyət tariximiz qürurumuzdur

Bilik Fondu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər təşkil edir

Bakı, 29 may, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından irəli gələn tələblər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən uğurla həyata keçirilir. Belə ki, Bilik Fondu 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu nəzərə alaraq, Şərqdə ilk dəfə qurulan demokratik respublika haqqında əhalinin daha dolğun bilgilərlə təmin olunması məqsədilə silsilə tədbirlər təşkil edir. Bu tədbirlər həm məzmununa, həm coğrafiyasına, həm də xarakterinə görə müxtəlifliyi ilə seçilir.

AZƏRTAC Bilik Fondunun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova və mətbuat katibi Ceyhun Musaoğlunun həmin tədbirlərlə bağlı müsahibəsini təqdim edir:

- Yəqin ki, Cümhuriyyətə həsr olunan tədbirləriniz hər hansı plana əsasən reallaşır. Bu barədə nə deyə bilərsiniz?

- X.Hüseynova: Əlbəttə. Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamından sonra Bilik Fondunun idarə heyəti toplandı. Müzakirələr nəticəsində belə qərara gəldik ki, əvvəlcə fondun əməkdaşları Cümhuriyyət barədə maariflənsinlər. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova qonağımız oldu və demokratik respublikamız haqqında çox maraqlı bilgilər əldə etdik. Bu bilgilər əməkdaşlarımızın alim və mütəxəssislərlə birgə keçirdikləri görüşlərdə, təqdimatlarda gərəyimiz oldu.

- C.Musaoğlu: Firdovsiyyə xanım bizimlə faktlara əsaslanan bilgilərini bölüşdü. Müzakirələrin nəticəsi olaraq “Cümhuriyyət tariximiz - qürurumuzdur” layihəsini hazırladıq və bu təşəbbüs çərçivəsində yola çıxdıq. Ümumiyyətlə, Bilik Fondu bütün maarifləndirici tədbirləri qabaqcadan hazırlanmış və idarə heyəti tərəfindən təsdiq olunmuş proqramlar çərçivəsində həyata keçirir.

- X.Hüseynova: Cümhuriyyətə həsr olunan tədbirlərimiz davam etməkdədir. İndiyədək 70-ə yaxın tədbir keçirmişik. Müxtəlif rayonlardan gələn sosial sifarişlər onu deməyə əsas verir ki, bu rəqəmi ilin sonunadək ən azı 100-ə çatdıracağıq. Keçirdiyimiz tədbirlərin altısı elmi-təcrübi, ikisi beynəlxalq konfrans, biri isə “dəyirmi masa” formatında olub. Digərləri mühazirələr, film nümayişləri, kitab təqdimatlarıdır.

- C.Musaoğlu: Konfranslara bir sıra dövlət qurumları da dəstək verib. Belə ki, “Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya əsasları və müasirlik” mövzusundakı elmi konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutu, “Cümhuriyyət tariximiz - qürurumuzdur” mövzusundakı konfrans AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu və Şabran Rayon İcra Hakimiyyəti, “Soyqırımı hadisələri müasir elmi araşdırmalarda” mövzusundakı beynəlxalq elmi konfrans Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi, Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstan Milli Elmlər Akademiyası, “Heydər Əliyev və müasir Azərbaycan” mövzusundakı elmi-praktiki konfrans Şamaxı Rayon İcra Hakimiyyəti, “Cümhuriyyətimizin 100 ili” mövzusundakı elmi-praktiki konfrans Şabran Rayon İcra Hakimiyyəti tərəfindən dəstəklənib. “Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda” üçüncü beynəlxalq şagird konfransı və “Azərbaycan Cümhuriyyəti gənclərin gözü ilə” mövzusunda elmi-praktiki konfrans isə Bilik Fondunun təşkilatçılığı ilə keçirilib.

- X.Hüseynova: Konfranslarda həm yerli, həm də xarici ölkələrdən gələn alimlərin məruzələri dinlənilib. İştirakçılar Cümhuriyyət dövrünün araşdırılaraq öyrənilməsi və təbliğinə xidmət edən çıxışları böyük maraqla qarşılayıblar. Alimlər ilk demokratik dövlətin türk dünyasına nümunə olduğunu bildiriblər. Tədbirlərdə geniş fikir mübadiləsi aparılıb, tarixi reallıqlardan həm də nəticə çıxarılması tövsiyə olunub. Əsas məqsədimiz ictimaiyyəti maarifləndirməkdir və demək olar ki, hər dəfə bu məqsədimizə nail ola bilirik.

- C.Musaoğlu: Yeri gəlmişkən, mayın 21-də AMEA-nın Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası üzvlərinin iştirakı ilə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə neft amili” mövzusunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində “dəyirmi masa” təşkil etdik. Tədbirdə institutun gənc alimlərinin maraqlı məruzələri dinlənildi. Kollecin rəhbərliyi bu məruzələrdən dərs prosesində də istifadə olunacağını vurğuladı. Bu yanaşmadan çox razı qaldıq. Deməli, gördüyümüz işin həqiqətəm də bir nəticəsi oldu.

- Bəs mühazirələriniz hansı bölgələri əhatə edib?

- X.Hüseynova: 2018-ci ilin yanvarından etibarən Bilik Fondu Oğuz, Xızı, Şamaxı, İsmayıllı, Şəmkir, Şabran, Salyan, Quba, Qusar, Cəlilabad, Masallı, Abşeron rayonları və Gəncə şəhərində, paytaxtın Binəqədi, Suraxanı, Xəzər, Səbail, Nizami, Yasamal, Xətai, Sabunçu, Qaradağ, Nəsimi, Nərimanov rayonlarında, eləcə də Türkiyə, Rusiya və Gürcüstanda alim və tədqiqatçıların, deputatların və tanınmış jurnalistlərin mühazirələrini təşkil edib. Bu mühazirələrin təşkilində fondun yerli nümayəndələri və bilik evləri yaxından iştirak ediblər. Mühazirələrdən faydalananların sayı 10 mini keçib. Fondun monitorinq və proqnozlaşdırma qrupu və Sosioloji Sorğu Mərkəzi tədbirlərin monitorinqini aparıb, iştirakçılar arasında sorğular keçirib. Məlum olub ki, “Azərbaycan Xalq Cümhuriyyətindən müstəqil Azərbaycan Respublikasına aparan 100 il”, “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixində yeri və rolu”, “Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçiliyin ideya əsasları və varislik”, “Cümhuriyyət tariximiz və müasirlik”, “Cümhuriyyət parlamentinə gedən yol”, “Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət siyasəti”, “Müasir Azərbaycan - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə elm və təhsil”, “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələri”, “AXC dövründə qadınlar”, “Tarixin 100 ili - 100 ilin tarixi”, “Cümhuriyyət dövrü ədəbiyyatı və onun təmsilçiləri”, “Maarifçilikdən Xalq Cümhuriyyətinə: siyasi-fəlsəfi aspektlər”, “Azərbaycan Xalq Cümhuriyyəti sənədli filmlərdə”, “Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan ədəbiyyatında”, “Əhməd Cavad - istiqlalımızın tərənnümçüsü”, “Cümhuriyyət dövrü və mətbuat”, “Cümhuriyyət dövründə musiqi” və digər adını çəkmədiyim mövzular dinləyicilərin böyük marağına səbəb olub.

- Mühazirələri maraqla qarşılanan alimlər barədə nə deyə bilərsiniz?

- C.Musaoğlu: Əvvəlcədən onu deyim ki, Bilik Fondunun lektorlar qrupunun üzvləri olan alim və mütəxəssislərin sayı 400-dən artıqdır. Biz onların hər birinə yüksək dəyər və qiymət veririk. Sadəcə çıxışları ilə auditoriyanın marağına səbəb olan bir neçə lektorun adını xüsusilə çəkmək olar. Alim və tədqiqatçılardan Möhsün Nağısoylu, Misir Mərdanov, İlham Məmmədzadə, Anar İsgəndərli, Tofiq Mustafazadə, Alxan Məmmədov, Firdovsiyyə Əhmədova, Qalib Sayılov, Yeganə İsmayılova, Nuridə İsmayılova, Nardanə Yusifova, Boran Əziz, Mətanət Şəkixanova, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Hikmət Babaoğlu, KİV rəhbərləri Rəşad Məcid, İlham Quliyev, Vüqar Rəhimzadə, Akif Aşırlı auditoriyanın həsrətlə gözlədiyi mühazirəçilərimizdəndir.

- Bəs hansı filmlərin təqdimatlarını keçirmisiniz? Cümhuriyyət ilinə həsr edilən nəşrləriniz olubmu?

- X.Hüseynova: Bilik Fondu ilə “ARB Aranfilm” studiyası arasında əməkdaşlıq çərçivəsində sənədli filmlərin mütəmadi olaraq müxtəlif məkanlarda nümayişini təşkil etmişik. “Sarmaşıqlı məzarlar”, “Parisdən məktublar”, “Gizli istiqlalçılar”, “Həqiqətin özü”, “Düdəngədən Münhenə” filmləri tamaşaçıların böyük marağına səbəb olub. KİV bütün bu təqdimatları geniş şəkildə işıqlandırıb.

- C.Musaoğlu: Bilik Fondunun ölkədaxili layihələr sektoru tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti: 100 suala 100 cavab” məlumat kitabçası tərtib edilib və tarixçi alimlər tərəfindən çapa tövsiyə olunub. Bununla yanaşı, Cümhuriyyətə həsr olunmuş şagird konfransının materialları da nəşrə hazırdır.

- X.Hüseynova: Həmin sektorun nəzdində fəaliyyət göstərən Sosioloji Sorğu Mərkəzi ölkənin müxtəlif bölgələrindəki bir sıra orta, orta-ixtisas və ali məktəblərdə təhsil alan yüzlərlə yeniyetmə və gəncin iştirakı ilə “Gənclikdən soraq” layihəsi çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda bilik yarışmaları keçirir. Maarifləndirici tədbirlərimiz davam etdirilir. Bilik Fondunun dəstəyi ilə Oğuz, Qax, Şəmkir, İsmayıllı, Ağdaş, Astara, Ağstafa, Tərtər və Nardaran bilik evlərində, Bilik Fondunun nəzdində fəaliyyət göstərən “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu və “Gənc jurnalistlər” Klubunda tədbirlərin mütəmadi təşkili üçün hazırlıq işləri aparılır.

“Azərbaycan Xalq Cümhuriyyəti İli”nin başa çatmasına hələ çox var. Qarşıda bizi yeni konfranslar və elmi seminarlar, silsilə mühazirələr və müzakirələr, film və kitab təqdimatları, intellektual müsabiqələr və elmi turlar gözləyir. Alim və tədqiqatçıları qürurumuz olan Cümhuriyyət tariximizlə bağlı maarifləndirmə işində bizə dəstək göstərməyə, gənclərimizi bu dəstəkdən faydalanmağa çağırırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib