DAĞISTAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB MUXU ƏLİYEVƏ
Sizi Dağıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Əminəm ki, xalqlarımız arasında sıx dostluq və mehriban qonşuluq telləri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli əməkdaşlıq Qafqazda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 fevral 2006-cı il.