DAĞISTANDA HEYDƏR ƏLİYEV ADINA MƏKTƏBİN AÇILIŞI OLMUŞDUR
Bu münasibətlə keçirilən təntənəli mərasimdə Rusiyanın kənd təsərrüfatı naziri Aleksey Qordeyev, Dağıstan Prezidenti Muxu Əliyev, hökumət başçısı Şamil Zeynalov və digər rəsmi şəxslər iştirak etmişlər. Prezident Muxu Əliyev demişdir ki, bu il Dağıstanda 12 yeni məktəb binası tikilərək şagirdlərin istifadəsinə verilmişdir. Onlardan birinə Heydər Əliyevin adının verilməsi heç də təsadüfi deyildir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq, qardaşlıq əlaqələrinin inkişafında və möhkəmlənməsində dünya miqyaslı siyasi xadim Heydər Əliyevin xüsusi rolu olmuşdur. Dağıstanlılar bunu heç vaxt unutmayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]