DAHA 15 ÖLKƏDƏ DİPLOMATİK NÜMAYƏNDƏLİYİMİZ AÇILACAQ
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, gələn il Azərbaycanın daha 15 ölkədə səfirlik və konsulluğu açılacaqdır. Bu məqsədlə müvafiq təşkilati işlər görülmüş, 2006-cı ilin büdcə layihəsində lazımi vəsait ayrılmışdır.
Hazırda Nazirliyin mərkəzi aparatında 300 nəfər, xarici diplomatik nümayəndəliklərdə isə 450 nəfər işləyir.