DAHA BİR AZƏRBAYCAN GÜLƏŞÇİSİ PEKİN OLİMPİYA OYUNLARINA VƏSİQƏ QAZANMIŞDIR
![]() |
![]() |
Çempionatının son günü qadın güləşçimiz uçün uğurlu olmuşdur. İdmançımız Olesya Zamula (63 kq) uğurlu çıxış edərək 2008-ci ildə keçiriləcək Pekin Olimpiya Oyunlarına lisenziya qazanmışdır. Bu qadınlardan ibarət güləş yığmamızın qazandığı üçüncü lisenziyadır.
Çempionatda sərbəst güləş üzrə 63, 67 və 72 kiloqram çəki dərəcələrində qadın güləşçilər arasında qaliblər məlum olmuşdur.
Yaponiyalı İşo Kaori (63 kq) qızıl, qazaxıstanlı Yelena Şalqina bu çəki dərəcəsində gümüş medala sahib olmuşlar. Bu çəki dərəcəsi üzrə bürünc medallar Sara Makmanana (ABŞ) və Monika Roqienə (Polşa) təqdim edilmişdir.
67 kiloqram çəki dərəcəsində qızıl medal Çin idmançısı Ruixue Jinqə nəsib olmuşdur. Kanadalı Martine Duqreniyə (67 kq) gümüş medala, Katie Dovninq (ABŞ) və Nataliya Kuksina (Rusiya) isə bürünc medallara layiq görülmüşlər.
Günün son qarşılaşmasında qızıl medalı 72 kiloqram çəki dərəcəsində mübarzə aparan bolqarıstanlı Stanka Zlateva qazanmışdır. O, bu qələbəni rəqibi ABŞ idmançısı Kristi Marano üzərində qələbədən sonra əldə etmişdir. Bu çəki dərəcəsində bürünc medalları Qazaxıstan təmsilçisi Olqa Janibekova və rusiyalı Quzel Manurova qazanmışlar.

