DAHA BİR KİTABXANA İNFORMASİYA MƏRKƏZİ TƏŞKİL EDİLƏCƏK
AZƏRTAC xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin Regional Kitabxanaların İnkişafı Proqramı çərçivəsində yaxın vaxtlarda Dəvəçi rayonunda da Kitabxana İnformasiya Mərkəzi təşkil ediləcəkdir.
Mərkəz müasir kompüter və digər lazımi texniki avadanlıqla təchiz olunacaqdır.