Daha bir müəssisəyə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib
Bakı, 25 iyul, AZƏRTAC
“Falck” MMC-yə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib.
İqtisadi Zonaların İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, bununla da sənaye parkının rezidentlərinin sayı 7-yə çatıb. Müəssisədə qan depolama və test qablarının istehsalı həyata keçiriləcək.
İnvestisiya həcmi 4 milyon manat olan müəssisədə 40 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]