Daha dörd rayonda “Azəriqaz”ın “Açıq mikrofon”u qurulacaq
Bakı, 30 may, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası davam edir.
İB-dən AZƏRTAC-a bildirilib ki, bu həftə daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.
Aksiya mayın 31-də Tərtər rayonunda (Tərtər şəhəri, Mədəniyyət Mərkəzinin qarşısı), iyunun 1-də Ağdam rayonunda (Ağdam şəhəri, Mədəniyyət Mərkəzinin qarşısı), iyunun 2-də Ağcabədi rayonunda (Ağcabədi şəhəri, Muğam Mərkəzinin qarşısı) və iyunun 3-də isə Yevlax rayonunda (Yevlax şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısı) saat 13:00-dan 15:00-dək baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]