Danimarka və Niderland Ukraynaya 14 “Leopard 2” tankı göndərəcək
Bakı, 25 iyul, AZƏRTAC
Danimarka və Niderland yayın sonunadək Ukraynaya daha 14 “Leopard 2” tankı tədarük edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
“Ötən il Niderland və Danimarka “Rheinmetall” kompaniyası tərəfindən əsaslı təmir edilən 14 “Leopard 2A4” tankı alıb. Tanklar yayın sonunadək Kiyevə təhvil veriləcək”, - deyə məlumatda bildirilir.
Niderlandın müdafiə naziri Ruben Brekelmans isə öz növbəsində döyüş meydanındakı çətin vəziyyətlə əlaqədar Ukraynanın daha çox hərbi dəstəyə ehtiyacı olduğunu qeyd edib. Onun sözlərinə görə, Amsterdam tərəfdaşları və müttəfiqləri ilə birgə Ukraynaya lazımi dəstəyi davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]