Danimarkada koronavirusun Britaniya ştammına yoluxan insanların sayı artır
Stokholm, 11 fevral, AZƏRTAC
Danimarkada koronavirusun Britaniya ştammına yoluxan insanların sayı artır.
Fevral ayının ilk həftəsində koronavirus infeksiyasının bütün pozitiv hallarının 27 faizi özündə Britaniya ştammını daşıyıb. Bu, bir həftə əvvəl Britaniya mutasiyasının COVID-19 daşıyıcılarının yalnız 20 faizində aşkarlandığı zaman alınan məlumatlarla müqayisədə 7 faiz çoxdur.
Danimarka Britaniya ştammına yoluxma halları aşkar edilən ilk ölkələrdən biridir. Müxtəlif mutasiyaların yaratdığı təhlükə səbəbindən hökumət dekabr ayında sərt təcridetmə tədbirləri tətbiq edib. Bundan əlavə, Danimarka mutasiyaları müəyyənləşdirmək məqsədilə koronavirusun genetik materialını analiz etmək üçün istifadə olunan genom sıralaması sahəsində lider olub. Britaniya ştammının yayılması ölkədə narahatlıq yaradıb. Ümumilikdə, bu ştamm Danimarkada 1690 nəfərdə aşkar edilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]