“Daxildəki ada” filmi Sarayevo Film Festivalında qalib olub
Bakı, 21 avqust, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi 26-cı Sarayevo Film Festivalında qalib olub.
AZƏRTAC xəbər verir ki, film “Ən yaxşı rejissor” nominasiyasında “Sarayevonun ürəyi” mükafatına layiq görülüb.
Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşçu operatoru Orxan Abbasov, quruluşçu rəssam Elturan Məmmədov, həmprodüsserləri Guillaume De Seille, Kamran Aydınov, prodüserləri Rüfət Həsənov, Kamal Həsənov və Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov ifa edir.
Filmin baş qəhrəmanı, şahmatçı gənc mənəvi və fiziki təzyiqlərdən başını götürüb vəhşi atlar yaşayan və bir sakini olan adaya qaçır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [15:10]
Lusern sarayında Azərbaycan musiqiləri səsləndirilib
- 02.06.2026 [15:09]
Vəzirin gizli oyunu: klassik komediyaya fərqli interpretasiya
- 02.06.2026 [13:42]
Ankarada Qars və Qərbi Azərbaycanın geyim ənənələri müzakirə ediləcək
- 02.06.2026 [12:58]
Azərbaycanlı opera müğənnisi Vyana Dövlət Operasında tarixi uğura imza atıb
- 02.06.2026 [12:26]
Dağıstanın “Ləzginka” rəqs ansamblı Bakıda konsert proqramı ilə çıxış edib
- 02.06.2026 [11:51]
“Azıx mağarası” tammetrajlı sənədli filmi tezliklə nümayiş olunacaq
- 02.06.2026 [11:48]