Daxili işlər nazirinin vətəndaşlarla Gədəbəydə keçiriləcək görüşünün vaxtı dəyişdirilib
Bakı, 15 yanvar, AZƏRTAC
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Gədəbəydə keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən yanvarın 17-də Gədəbəy Rayon Polis Şöbəsində keçirilməsi nəzərdə tutulan Ağstafa, Daşkəsən, Tovuz, Qazax, Gədəbəy və Şəmkir şəhər və rayonlarının sakinlərlə görüşünün tarixi yanvarın 25-nə dəyişdirilib.