Daxili Qoşunların bir qrup hərbi qulluqçusu medalla təltif olunub
Bakı, 4 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən, Daxili Qoşunların bir qrup hərbi qulluqçusu “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı və Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının 1-ci, 2-ci, 3-cü dərəcələri ilə təltif olunublar.Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə sentyabrın 4-də qoşunların Baş İdarəsində daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov medalları hərbi qulluqçulara təqdim edib.
General-mayor Ş.Məmmədov təltif olunan hərbi qulluqçuları daxili işlər naziri və Daxili Qoşunların Komandanlığı adından bir daha təbrik edib, onlara xidməti-döyüş fəaliyyətlərində uğurlar arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]