Dekabrın 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
günün birinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam havanın tutqun, gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 3-5°, günün birinci yarısında 6-8°, günün ikinci yarısında 1-3° isti, Bakıda gecə 3-5°, günün birinci yarısında 6-8°, günün ikinci yarısında 1-3° isti olacaqdır.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
günün ikinci yarısından başlayaraq qar yağacağı gözlənilir. Gecəyə doğru yağıntıların intensivləşəcəyi ehtimalı vardır.
Temperaturun gecə 3-8° şaxta, bəzi yerlərdə 14°-dək şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
günün ikinci yarısından başlayaraq qar yağacağı gözlənilir. Gecəyə doğru yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Temperaturun gecə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam,
Füzuli və Cəbrayıl rayonlarında
axşama doğru havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 6-11° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
günün ikinci yarısından başlayaraq qar yağacağı gözlənilir. Gecəyə doğru yağıntıların intensivləşəcəyi ehtimalı vardır.
Temperaturun gecə 3-8° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,
Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
axşama doğru havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
axşama doğru havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaqdır.