Dekabrın 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər yağışın tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 6-9°, gündüz 9-13° isti, Bakıda gecə 6-8°, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 90-95, gündüz 75-85 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gecə və səhər yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
havanın yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında duman olacaqdır.
Temperaturun gecə 1-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında
yağış yağacağı, gündüz tədricən kəsiləcəyi, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 5-9° isti, gündüz 10-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.