Dekabrın 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava şəraitinin yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu gecə və gündüz 0-3° isti olacaqdır.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir qar yağacağı gözlənilir.
Temperaturun gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir.
Temperaturun gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam,Füzuli və Cəbrayıl rayonlarında
yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
arabir sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə və gündüz 0-4° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaqdır.